Canlı
Yüklənir...
Son Dəqiqə
Son xəbərlər yüklənir...
NO TO RACISM
Futbolda irqçiliyə yer yoxdur
Birlikdə güclüyük
🔴 Son Dəqiqə Ölkə futbolu Milli

Azərbaycan millisi “FIFA Series — 2026” turnirinin qalibi oldu

Azərbaycan millisi “FIFA Series — 2026” turnirinin qalibi oldu

Bu gün Azərbaycan milli komandası “FIFA Series-2026” turnirində final görüşünü keçirib.

INfootball.online xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (9:8) Azərbaycan yığması turnirin qalibi olub.

Oyundan sonra mükafatlandırma mərasimi təşkil edilib. Turnirdə 3-cü yeri tutan Sent Lüsiya bürünc, 2-ci pillənin sahibi Syerra Leone gümüş medallarla təltif olunub. “FIFA Series — 2026” beynəlxalq turnirinin qalibi Azərbaycan millisinə isə qızıl medallar və kubok təqdim edilib. Həmçinin millimizin müdafiəçisi Elvin Cəfərquliyev turnirin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidenti Sərxan Hacıyev, Syerra Leone Futbol Assosiasiyasının vitse-prezidenti Alie Badara Taravalie və Sent Lüsiya Futbol Assosiasiyasının vitse-prezidenti Valdez Ceyms iştirak ediblər.

Qeyd edək ki, millimiz turnirdə keçirdiyi ilk matçda Sent Lüsiya yığması üzərində 6:1 hesablı tarixi qələbə qazanıb.

“FIFA Series-2026”

30 mart

19:00 Azərbaycan – Syerra Leone 1:1
Qollar: Rahil Məmmədov, 72 — Kanu, 28
Penaltilər seriyası: 
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xəbəri paylaş:
IN
INfootball Redaksiyası
Ölkə futbolu
Azərbaycan və dünya futbolunun ən operativ xəbər mənbəyi.