Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
«INfootball.online» xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə 1/8 final cütlükləri məüyyənləşib
Türkiyə təmsilçisi «Qalatasaray» «Liverpul»a rəqib olub. «Qarabağ»ı «pley-off»da mübarizədən kənarlaşdıran «Nyukasl» isə 1/4 final uğrunda «Barselona» ilə mübarizə aparacaq.
Bayer-04 (ALmaniya) — Arsenal (İngiltərə)
Qalatasaray (Türkiyə) — Liverpul (İngiltərə)
PSJ (Fransa) — Çelsi (İngiltərə)
Bude/Qlimt (Norveç) — Sportinq (Portuqaliya)
Real (İspaniya) — Mançester Siti (İngiltərə)
Nyukasl (İngiltərə) — Barselona (İspaniya)
Atletiko (İspaniya) — Tottenhem (İngiltərə)
Atalanta (İtaliya) — Bavariya (Almaniya)
1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.