Misli premyer-liqasının 21 turundan təxirə salınmış «Neftçi» — «Qarabağ» görüşünün keçiriləcəyi tarix və saat müəyyənləşib.
«INfootball.online» xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
«Palms Sports Arena»da keçiriləcək qarşılaşma aprelin 30-u, saat 20.00-da start götürəcək.
Xatırladaq ki, sözügedən oyun «Qarabağ»ın Çempionlar Liqasında çıxışına görə Ağdam təmsilçisinin xahişi ilə təxirə salınmışdı.