Canlı
Yüklənir...
Son Dəqiqə
Son xəbərlər yüklənir...
NO TO RACISM
Futbolda irqçiliyə yer yoxdur
Birlikdə güclüyük
Dünya futbolu Milli

«Azərbaycan yığması ikinci hissədə yoruldu» — Luis Freyre

«Azərbaycan yığması ikinci hissədə yoruldu» — Luis Freyre

Portuqaliyanın U-21 milli komandası Avro-2027-nin seçmə mərhələ oyunu çərçivəsində Bakıda Azərbaycan yığmasını 4:0 hesabı ilə məğlub edib.

INfootball.online xəbər verir ki, qonaqların baş məşqçisi Luis Freyre matçdan sonra keçirilən brifinqdə fikirlərini bölüşüb:

— Bilirdik ki, asan oyun olmayacaq. Rəqib hər matçda maksimumunu verməyə çalışır. Azərbaycan millisinin hücumda sürətli oyunçuları var. Buna görə də əks-hücumlarda diqqətli olmalıydıq. Futbolçularımız yaxşı hücumlar qurdular və bunlardan yararlandılar. Azərbaycan yığması ikinci hissədə yoruldu və müdafiəyə çəkildilər. Bu da bizim qol vurmağımızı asanlaşdırdı.

— Hesaba baxsaq, asan oyun olduğunu demək olar?

— Hər şey bizim özümüzdən asılıdır. İlk dəqiqələrdən oyuna ciddi yanaşmasaydıq, bu, bizə baha başa gələ bilərdi. Futbolçularım oyuna ciddi yanaşdılar və sonda istədiyimiz nəticəni qazandıq.

— Hava şəraiti oyununuza nə dərəcədə təsir etdi?

— Oyunun əvvəlindən axıra kimi yağış yağdı. Amma bunun gedişat təsir göstərdiyini deməzdim. Topun hərəkətinə heç bir çətinlik yaratmırdı.

— Azərbaycan millisi ilə iki oyun keçirdiz. Sizcə, millimizin problemi nədir?

— Güclü rəqiblərlə oyunlarda müdafiədə inamlı çıxış etməyə çalışırlar. Azərbaycanda oyunçu seçimi üçün nə qədər imkanların olduğunu bilmirəm. Komanda müdafiədə yaxşı çıxış edir. Hücumda da sürətli oyunçuları var. Əks-hücumlardan yararlana bilərlər.

— Azərbaycanın U-20 millisinə portuqaliyalı baş məşqçi təyin olunub. Bununla bağlı fikirləriniz necədir?

— Ruy Jorje çox təcrübəli məşqçidir. Uzun illər Portuqaliyanın U-21 millisinin çalışdırıb, iki dəfə Avropa çempionatının finalında oynayıb. Düşünürəm ki, o işinin öhdəsindən gələcək.

Xəbəri paylaş:
IN
INfootball Redaksiyası
Dünya futbolu
Azərbaycan və dünya futbolunun ən operativ xəbər mənbəyi.