Bu gün Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununu keçirib.
INfootball.online xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sent Lüsiya yığması ilə qarşlaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə millimiz 6-1 hesablı qələbə qazanıb. Qeyd edək ki milli rəqibin qapısından 6 top keçirməklə 1999 və 2017-ci illərdəki rekordunu yeniləyib. Millimiz buna qədər ən böyükhesablı qələbələrini AÇ-2000-in seçmə mərhələsində Lixtenşteyn (4:0) və DÇ-2018-in seçmə mərhələsində San Marino (5:1) üzərində əldə etmişdi.
Bundan başqa, milli komandamız tarixində ilk dəfə bir oyunda 5-dən çox qol vurub.
“FIFA Series – 2026”
27 mart
19:10 Azərbaycan – Sent Lüsiya 6:1
Qollar: E. Mahmudov, 2, R. Sadıqov, 24, M. Qurbanlı, 37, T. Bayramov, 64, V. İskəndərli, 86, R. Əhmədzadə, 89 – Filip, 52 (pen.)
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu