Canlı
Yüklənir...
Son Dəqiqə
Son xəbərlər yüklənir...
NO TO RACISM
Futbolda irqçiliyə yer yoxdur
Birlikdə güclüyük
🔴 Son Dəqiqə DÇ 2026 Dünya futbolu İtaliya Türkiyə

DÇ-2026-nın Avropa pley-offunda final həyəcanı: İtaliya yenə kənarda qaldı, Türkiyə 24 ildən sonra mundialda!

DÇ-2026-nın Avropa pley-offunda final həyəcanı: İtaliya yenə kənarda qaldı, Türkiyə 24 ildən sonra mundialda!

Avropada 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin pley-off finalları başa çatıb. Keçirilən 4 matçın nəticəsinə əsasən, Bosniya və Herseqovina, İsveç, Çexiya və Türkiyə yığmaları DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıblar.

Avropa zonasının pley-off finallarında həm dramatik, həm də gözlənilməz nəticələr qeydə alınıb. Bütün qaliblər ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala bilet əldə ediblər.

Pley-off finallarının nəticələri:

  • Səfərdə Bosniya və Herseqovina ilə qarşılaşan İtaliya əsas vaxtı 1:1 bitən matçda penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olub.
  • İsveç evdə Polşanı 3:2 hesabı ilə üstələyib.
  • Çexiya Danimarka səddini penaltilərlə keçib – 2:2 (penaltilər seriyasında 3:1).
  • Türkiyə isə səfərdə Kosovonu minimal hesabla (1:0) məğlub edərək məqsədinə çatıb.

İtaliya ardıcıl üçüncü dəfə Dünya Çempionatından kənarda qaldı
Avropa futbolunun nəhənglərindən olan İtaliya millisi DÇ-2026-da iştirak etməyəcək. Bosniya və Herseqovinaya penaltilərlə uduzan «Skuadra Adzurra»nın bu uğursuzluğu bir ilk deyil. Xatırladaq ki, İtaliya millisi sonuncu dəfə 2014-cü ildə mundialda çıxış edib. Komanda bundan əvvəl DÇ-2018 və DÇ-2022-yə də vəsiqə qazana bilməmişdi.

Türkiyə 24 ildən sonra yenidən Dünya Çempionatında
Kosovonu məğlub edən Türkiyə millisi 2002-ci ildən bəri ilk dəfə Dünya Çempionatında iştirak hüququ qazanıb. Düz 24 il əvvəl keçirilən həmin tarixi turnirdə türklər yarımfinala qədər irəliləmiş, gələcək çempion Braziliyaya uduzduqdan sonra üçüncü yer uğrunda matçda ev sahiblərindən olan Cənubi Koreyanı məğlub edərək bürünc medal qazanmışdılar.

DÇ-2026-nın qrupları və yeni format
Turnir ilk dəfə genişləndirilmiş formatda keçiriləcək. DÇ-2026-da ümumilikdə 48 komanda iştirak edəcək və onlar hərəsində dörd komanda olmaqla 12 qrupa bölünəcək.

Avropa pley-offunun qaliblərinin qrupları artıq məlumdur. Çexiya A qrupunda (Meksika, CAR, Cənubi Koreya ilə), İtaliyanı mübarizədən kənarlaşdıran Bosniya və Herseqovina B qrupunda (Kanada, Qətər, İsveçrə ilə), Türkiyə D qrupunda (ABŞ, Paraqvay, Avstraliya ilə), İsveç isə F qrupunda (Niderland, Yaponiya, Tunis ilə) mübarizə aparacaq.

Avropa pley-offlarının yekununa əsasən, DÇ-2026-nın qrupları demək olar ki, tam formalaşıb:

  • A Qrupu: Meksika, CAR, Cənubi Koreya, Çexiya.
  • B Qrupu: Kanada, Bosniya və Herseqovina, Qətər, İsveçrə.
  • C Qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya.
  • D Qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə.
  • E Qrupu: Almaniya, Kürasao, Kot-d’İvuar, Ekvador.
  • F Qrupu: Niderland, Yaponiya, İsveç, Tunis.
  • G Qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya.
  • H Qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay.
  • I Qrupu: Fransa, Seneqal, Qitələrarası pley-off 2-nin qalibi (Boliviya / İraq), Norveç.
  • J Qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya.
  • K Qrupu: Portuqaliya, Qitələrarası pley-off 1-in qalibi (Yamayka / Konqo DR), Özbəkistan, Kolumbiya.
  • L Qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama.

INfootball.online

Xəbəri paylaş:
IN
INfootball Redaksiyası
DÇ 2026
Azərbaycan və dünya futbolunun ən operativ xəbər mənbəyi.