Misli premyer-liqasının 24-cü turunda “Kəpəz” “Turan Tovuz”la heç-heçə etdi.
«INfootball.online» Azər Bağırovun oyun sonrası mətbuat konfransını diqqətinizə catdırır.
— Azarkeşlərə təşəkkür edirəm. Sonadək dəstək oldular. Futbolçularımız yaxşı oynadı, qollar oldu. Texniki çatışmazlıqlarımız var. Oyundan-oyuna yaxşı olmağa çalışacağıq. İstədiyimiz oyunu oymamağı bacaracağıq.
— Batista “Neftçi”yə belə qol vurmuşdu. Bunun üzərində işləmişdiz?
— Səhv ondan başlamadı. İrəlidə top bizdə olanda itirdik. Mövqe boşalmışdı. Təəssüf ki, Raufun ayağı sürüşdü. Onların da usta futbolçuları var.
— “Kəpəz”in sabit şəkildə belə istəkli olmamasının səbəbi nədi?
— Məncə, son oyunlarda istəkliyik. “Sumqayıt”a, “Zirə”yə qarşı oyunlar da belə idi. Son 4-5 oyunda göz dəyməsin, sabit oynayırıq. Meydançada futbol oynayırıq. Uşaqlara təşəkkür edirəm, dediklərimi həyata keçirdilər.