Bu gün Misli Premyer Liqasının 25-ci turunun son matçında «Turan Tovuz» «Qəbələ» ni Sumqayıtda qonaq edib. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
INfootball.online xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında «Turan Tovuz»un baş məşqçisi Kurban Berdyev matç haqda fikirlərini bildirib:
«Çətin oyun oldu. Yaxşı başlamışdıq oyuna. İlk hissənin ikinci periodundan etibarən üstünlüyü rəqibə tərəf verdik. Lakin 2-ci hissədə üstünlüyü ələ keçirərək qələbə qazandıq. Üçüncü pillənin sahibi kimi danışmaq tezdir. Qarşıda matçlarımız var».