Canlı
Yüklənir...
Son Dəqiqə
Son xəbərlər yüklənir...
NO TO RACISM
Futbolda irqçiliyə yer yoxdur
Birlikdə güclüyük
🔴 Son Dəqiqə Ölkə futbolu Milli

«Bu tempə uyğunlaşmaq bir az çətindir» — Rəşad Eyyubov

«Bu tempə uyğunlaşmaq bir az çətindir» — Rəşad Eyyubov

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2027-nin seçmə mərhələsinin oyununda Bakıda Portuqaliyaya 0:4 hesabı ilə məğlub olub.

INfootball.online xəbər verir ki, yığmamızın baş məşqçisi Rəşad Eyyubov matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

— Birinci hissədə oyuna köklənmə yüksək səviyyədə idi. İkinci hissədə təəssüf ki, bunu itirdik. Komanda bir az rahatlaşdı. Bizim ən böyük problemimiz standart vəziyyətlərdir. Belə epizodlardan 3 qol buraxdıq. Birinci hissəyə görə oyunçulara təşəkkür edirəm. İkinci yarıda isə yaxşı oynamadıq

— Sizcə, millimiz Portuqaliya ilə səfərdəki oyunda yaxşı oynamışdı, yoxsa evdə?

— Uduzmuşuqsa, deməli pis oynamışıq.

— İlk oyunda rəqib 5 qol vurmuşdu, bu gün isə 4 dəfə fərqləndilər. Bu, inkişafdır?

— Neqativ inkişaf olmur.

— Birinci hissədə hesab açılmadı. İkinci yarıda isə rəqib qollar vurmağa başladı. Bunu nə ilə əlaqələndirirsiz?

— İlk növbədə intensivliklə bağlıdır. Bu tempə uyğunlaşmaq bir az çətindir. Ona görə də gücümüz birinci hissəyə yetərli oldu. Rəqib intensivlik baxımından bizdən üstün idi.

— Komandadan daha artığını gözləyirdiz?

— Oyunçuları fiziki baxımdan optimal vəziyyətə gətirməyə çalışdıq. Amma yetərli olmadı.

— Hava şəraiti oyuna təsir etdi?

— Şərtlər iki komanda üçün də eyni idi.

— Hücum baxımından komandadan razı qaldız?

— Qol buraxmırsansa, oyun 0:0 hesabı ilə başa çatır və 1 xal qazanırsan.

Xəbəri paylaş:
IN
INfootball Redaksiyası
Ölkə futbolu
Azərbaycan və dünya futbolunun ən operativ xəbər mənbəyi.