Canlı
Yüklənir...
Son Dəqiqə
Son xəbərlər yüklənir...
NO TO RACISM
Futbolda irqçiliyə yer yoxdur
Birlikdə güclüyük
Ölkə futbolu Premyer liqa

«Futbolçularda psixoloji baxımdan problem var» — Kaxaber Tsaxadadze

«Futbolçularda psixoloji baxımdan problem var» —  Kaxaber Tsaxadadze

Misli Premyer Liqasının 24-cü turunda «Qəbələ» doğma meydanda «Neftçi»yə 1:3 hesabı ilə məğlub olub.

INfootball.online xəbər verir ki, «Qəbələ»nin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb:

«Fikrimcə, bərabər bir oyun keçdi. Oyuna çox yaxşı başlamışdıq. Təəssüf ki, çox sadə qollar buraxdıq. Bu səviyyədə belə səhvlərə yol vermək olmaz. Hələ ki, «Neftçi» kimi komandalara qarşı. Psixoloji baxımından işləmək lazımdır. Görünən odur ki, futbolçularda psixoloji baxımdan problem var. Fiziki cəhətdən hər hansı bir problemimizin olduğunu düşünmürəm.

Müəyyən müddətdir burada işləyirəm. Bəzi azarkeşlərin istefaya səsləməsini anlamıram. Avropada bu cür hallarda komandaya və baş məşqçiyə sona qədər dəstək olurlar. İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır».

Xəbəri paylaş:
IN
INfootball Redaksiyası
Ölkə futbolu
Azərbaycan və dünya futbolunun ən operativ xəbər mənbəyi.