Canlı
Yüklənir...
Son Dəqiqə
Son xəbərlər yüklənir...
NO TO RACISM
Futbolda irqçiliyə yer yoxdur
Birlikdə güclüyük
Digər Dünya futbolu Milli

«Nəriman yaxşı potensiala malikdir» — Henrik Ridström

«Nəriman yaxşı potensiala malikdir» — Henrik Ridström

ABŞ-nin «Kolambus Kru» klubunun baş məşqçisi Henrik Ridström yeni transferləri Nəriman Axundzadə haqda danışıb.

INfootball.online xəbər verir ki, 50 yaşlı mütəxəssis azərbaycanlı hücumçunun yaxşı potensiala malik olduğunu deyib:

“Nəriman Axundzadə ilə bağlı xoşumuza gələn əsas şey onun cinah oyunçusu olmasıdır. Bu, dörd yarımmüdafiəçi ilə oynadığımız zaman bizə cinahlardan hücum qurmaq üçün daha çox imkan verir. O, yaxşı potensiala malikdir və məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Ümid edirik ki, tezliklə komanda ilə tam məşqlərə qoşulacaq.”

Qeyd edək ki, Nəriman Axundzadə «Kolambus Kru» ilə 3,5 illik müqavilə imzalayıb.

Xəbəri paylaş:
IN
INfootball Redaksiyası
Digər
Azərbaycan və dünya futbolunun ən operativ xəbər mənbəyi.