Canlı
Yüklənir...
Son Dəqiqə
Son xəbərlər yüklənir...
NO TO RACISM
Futbolda irqçiliyə yer yoxdur
Birlikdə güclüyük
Ölkə futbolu Premyer liqa

«Oyunçuları fərqləndirmək istəməzdim» — Valdas Dambrauskas

«Oyunçuları fərqləndirmək istəməzdim» — Valdas Dambrauskas

«Sabah» Misli Premyer Liqasının 24-cü turunda səfərdə «İmişli»ni 5:0 hesabı ilə məğlub edib.

INfootball.online xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

— Qələbəyə görə çox xoşbəxtəm. Bu meydançada oynamaq çox çətindir. Bütün komandalar burada çətinlik çəkirlər. 10-15 metr məsafədən ötürmə verəndə top sıçrayır. Qələbə münasibətilə bütün «Sabah» ailəsini təbrik edirəm. Bu oyunu unudub qarşıdakı «Sumqayıt»la matça köklənəcəyik.

 «Sabah»ın məhsuldarlığının sirri nədir?

— Bunun heç bir sirri yoxdur. Sadəcə olaraq futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirirlər. Artıq bizim öz kimliyimiz, öz tərzimiz yaranıb. Oyunçularımız bu sistemə uyğunlaşırlar. Üç gənc futbolçumuz (Xəyal Əliyev, Umarali Raxmonaliyev, Aron Maluda) 15 dəfə fərqlənib. Çempionatın bu hissəsində oyunçuları fərqləndirmək istəməzdim. Kim meydana çıxırsa, bizə böyük fayda verir. Kahim Parris bir müddət oynamadı. Son iki matçda isə 3 qol vurub. Cesse Sekidika zədədən yeni qayıdıb. Oynadıqca formasını bərpa edir. Onlar məsuliyyəti öz üzərlərinə götürürlər. Öz işimizə, futbolçulara güvənirik. Onlar da bizə inanırlar. Düşünürəm ki, daha da yaxşısını edə bilərik. Çünki komandanın buna potensialı var. Çalışmaq və prosesə inanmaq lazımdır.

Xəbəri paylaş:
IN
INfootball Redaksiyası
Ölkə futbolu
Azərbaycan və dünya futbolunun ən operativ xəbər mənbəyi.