Misli premyer-liqasının 24-cü turunun açılış qarşılaşmasında “Karvan-Yevlax” səfərdə “Araz-Naxçıvan”a məğlub oldu — 1:2.
“INfootball.online” xəbər verir ki, qonaqların baş məşqçisi Fizuli Məmmədov oyundan sonra jurnalistlər önünə çıxıb.
— Son iki oyundakı heç-heçənin ardından bu matçda da məğlub olmamaq, qələbə qazanmaq istəyirdik. İlk hissədə iki səhv buraxdıq. Bir qol vursaq da, ikinci çətin oldu. Oyunu çevirə bilmədik.
— Növbəti qolları vurmağa nə çatmadı?
— “Araz-Naxçıvan”a 2-3 qol vurmaq çətindi. Birinci qoldan sonra qeyri-dəqiq qərarlar oldu. Çətindi də.
— Spensi niyə əvəzlədiz?
— Yorulmuşdu, hiss etdim. Yormaq istəmədim.