Canlı
Yüklənir...
Son Dəqiqə
Son xəbərlər yüklənir...
NO TO RACISM
Futbolda irqçiliyə yer yoxdur
Birlikdə güclüyük
Avrokuboklar Çempionlar liqası

Sportingdən möhtəşəm geri dönüş

Sportingdən möhtəşəm geri dönüş

Xaykin çox top qaytardı amma çox da buraxdı.

«Sportinq» Çempionlar Liqasının 1/8 finalında «Budo/Qlimt»i mübarizədən kənarlaşdırdı! Əsas vaxtda 0:3 hesablı fərqi aradan qaldırıb əlavə vaxtda Norveç komandasının işini bitirdilər.

Portuqaliyalılar üçün parlaq, Norveçlilər üçün isə məyusluq gecəsi. «Sportinq» əsas vaxtda etdiyi 34 zərbədən 3-nü qola çevirdi. Əlavə vaxtda isə cütün taleyini tez bir zamanda həll etdi.

Elə ilk dəqiqələrdən «Sportinq» bu «kambek» üçün irəli atıldı: Pedru Qonsalveş, Fransişku Trinkan, Maksimiliano Arauxo və Luis Suaresin imkanları olsa da, hesabı müdafiəçi Qonsalu İnasiu açdı – o, Trinkanın künc zərbəsindən etdiyi asmadan sonra topu dəqiqliklə küncə göndərdi.

«Budo/Qlimt» 34-çü dəqiqəyə qədər tab gətirsədə «Sportinq»ə mütləq lazım olan daha iki qol üçün hələ tam bir saat vaxt qalırdı. Norveçlilərin müdafiəyə necə qapandığını nəzərə alsaq, bu, onlar üçün böyük bir zaman kəsiyi idi.

«Sportinq» təzyiqi davam etdirirdi, «Budo/Qlimt» isə yalnız fasilə ərəfəsində bir neçə dəfə zərbə endirə bildi. Lakin üstünlük yenə də çox böyük idi: 15:4. Buna baxmayaraq, ilk hissədə yalnız bir qol vurmaq mümkün oldu.

Fasilədən sonrakı ilk 10-15 dəqiqədə norveçlilər canlandılar, bir neçə yaxşı hücum qurdular, lakin portuqaliyalılar oyunun gedişatını qıraraq 61-ci dəqiqədə fərqləndilər: Qonsalveş Suaresin cərimə meydançasına ötürməsini qola çevirdi. Nikita Xaykinin seyv etmək üçün heç bir şansı qalmamışdı. «Budo/Qlimt» oyunu öz qapısından uzaqlaşdıra bilmədi, əvvəlki kimi rəqibin cərimə meydançasına nadir hallarda yaxınlaşırdı və 77-ci dəqiqədə öz cərimə meydançasında səhvə yol verdilər: İvan Fresnedanın asmasından sonra top cərimə meydançasında Fredrik Byerkanın əllinə dəydi və oyunun baş hakimi 11-metrlik nöqtəni göstərdi. Suares penaltini Xaykinə heç bir şans qoymadan qola çevirdi və 0:3-lük fərqi tamamilə qapadı.

Beş dəqiqə sonra Nunu Santuş hər şeyi bitirə bilərdi, ancaq onun cərimə meydançasından kənardan vurduğu zərbə dirəyə dəydi. 90 dəqiqə ərzində zərbələrin nisbəti 34:6 lissabonluların xeyrinə idi.

Dördüncü qol əlavə vaxtın elə ikinci dəqiqəsində vuruldu: Trinkan topu Arauxoya ötürdü və o, cərimə meydançasından tam sərbəst şəkildə zərbə endirdi. Dəqiqliklə yaxın küncə. Beşinci qol isə əlavə vaxtın lap sonlarında Rafael Neldən gəldi – 5:0!

Beləliklə, evdəki böyükhesablı qələbəyə baxmayaraq, Norveç nağılı sona çatdı.

Xaykindən seyvlər üzrə turnir rekordu, «Sportinq» isə ÇL-də ilk dəfə 1/4 finalda.

Bəli, təəccüblüdür, lakin «Sportinq» indiyə qədər bu qədər irəliləməmişdi. «Benfika» və xüsusən də «Portu» bu mərhələlərdə olmuşdular, amma üçüncü Portuqaliya nəhəngi bura yalnız indi çata bildi.

«Sportinq» bundan əvvəl yalnız bir dəfə üç qolluq fərqi qapada bilmişdi: 1963/64-cü illər mövsümündə Kuboklar Kubokunun 1/4 finalında «Mançester Yunayted»ə 1:4 hesabı ilə uduzmuş, lakin cavab matçında 5:0 qalib gələrək yekunda kuboku qazanmışdı.

Nikita Xaykin ÇL-in bir mövsümündə seyv sayına görə rekord müəyyənləşdirdi, onun hesabında 12 oyuna 68 seyv var. Rusiyalı qapıçı liderlik edən Tibo Kurtuanı geridə qoydu – belçikalı qapıçı 2021/22 mövsümündə 59 zərbəni dəf etmişdi.

Bu, ÇL-in pley-off tarixində bir komandanın ilk matçdakı böyükhesablı məğlubiyyəti aradan qaldırdığı beşinci hadisədir. Əvvəllər bunu «Deportivo» («Milan»la 1:4-dən sonra 4:0), «Roma» («Barselona» ilə 1:4-dən sonra 3:0) və «Liverpul» («Barselona» ilə 0:3-dən sonra 4:0) etmişdi. «Barsa» isə səfərdə «PSJ»-yə 0:4 uduzduqdan sonra 6:1 hesabı ilə qalib gəlmişdi.

INfootball.online

Xəbəri paylaş:
IN
INfootball Redaksiyası
Avrokuboklar
Azərbaycan və dünya futbolunun ən operativ xəbər mənbəyi.