Misli premyer-liqasının 24-cü turunda “Turan Tovuz” “Kəpəz”lə heç-heçə etdi — 1:1.
“INfootball.online” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Kurban Berdıyev media önünə çıxıb.
— Təəssüf ki, vacib iki xal itirdik. Matçın ikinci hissəsi fərqli alındı.
— Faiq Hacıyevin oyunundan razı qaldız?
— Uzun müddət idi oynamırdı, səhvləri təbii idi.
— Roderik Miller niyə ehtiyatda idi?
— Özünü narahat hiss edirdi.
— “Turan Tovuz” ortabab komandalara qarşı oyunda xal itirir. Köklənmə problemi var?
— Təəsüf ki, haqlısız.
— Niyə belədi?
— Liderlərə qarşı oyundakı köklənmə belə oyunlarda yoxdu.